Jose Mourinhodan çılğın tələb!

Bölmə: İdman › ,
Tarix: 19:31 19.02.2025

“Fenerbahçe”də gələn mövsüm üçün transfer çalışmalarına başlayan rəhbərliyin gündəminə böyük bir ulduzun gəldiyi bildirilir. Jose Mourinhonun “Juventus”un ulduz futbolçusunu istədiyi qeyd olunur.

 

“Europa Cacio”nun xəbərinə görə, “Fenerbahçe”nin baş məşqçisi Jose Mourinho, “Juventus”un formasını geyinən Dusan Vlahovicin transferini tələb edib. Mourinhonun israrından sonra “Fenerbahçe” rəhbərliyinin bu transfer üçün intensiv şəkildə işlərə başladığı vurğulanıb.

 

“Juventus”da gözləntiləri tam qarşılamayan serbiyalı hücumçunun maaş tələbinin İtaliya klubuna yüksək gəldiyi bildirilir. “Juventus”un Dusan Vlahovic üçün 25-30 milyon avro aralığında bir transfer təklifini qəbul etməyə hazır olduğu vurğulanıb. “Fenerbahçe”nin isə ulduz futbolçu üçün bu məbləği ödəməyə hazır olduğu qeyd edilir.

 

25 yaşlı hücumçu bu mövsüm “Juventus” forması ilə 29 oyunda iştirak edib. Dusan Vlahovic bu matçlarda 13 qol vurub və 2 assist edib. Onun “Juventus” ilə olan müqaviləsi 30 iyun 2026-cı ildə başa çatacaq. Serbiyalı ulduzun hazırkı bazar dəyəri 60 milyon avrodur.

 

"Partizan" akademiyasında yetişən Dusan Vlahovic daha sonra “Fiorentina”da çıxış edib. “Juventus”, 2021-2022 mövsümünün qış transfer dönəmində serbiyalı ulduz üçün 83 milyon 500 min avro məbləğində transfer haqqı ödəyib.

 

Mənbə:Milliyət

Fatimə Abdulrəhimli