Azərbaycan neftinin qiyməti 78 dollara yaxınlaşır-ŞƏRH

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:23 19.02.2025

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,68 ABŞ dolları, yaxud 0,88 % artaraq 77,48 ABŞ dolları təşkil edib.

Mövzu ilə bağlı iqtisad elmləri üzrə fəlsəfə doktoru Əyyub Kərimli "informator.az"a açıqlamasında bildirib ki, ümumiyyətlə, hazırda dünya bazarında neft qiymətlərində volatillik müşahidə olunur:

 

"Tramp ciddi cəhətdən neftin qiymətinin ucuzlaşması istiqamətində iqtisadi və siyasi fəaliyyətin həyata keçiriləcəyini qeyd edir. Bu da müəyyən valatillik yaradır və müəyyən neft qiymətinin artmasına təsir edib. Bu gün ölkəmizdə büdcədə neft qiymətləri 75 dollardan götürülübdür və hazırda ilin əvvəlindən bu yana neftin qiymətində kiçik artım var. Lakin bu, artıq elə bir əhəmiyyətli belə rəqəm deyil. Bu il neftin qiyməti sabit qala bilər, əlbəttə ki, bu bir neçə amildən asılıdır. Rus-Ukrayna müharibəsinin uzanmasından və ya dayandırılmasından, digər tərəfdən Trampın siyasətdən, milli birliyimiz, sitral daha çox texnokrat komandanın fəaliyyət göstərir və daha çox innovasiyalar və texnologiyalara üstünlük verir və bu da neft amilinin belə azalmasına səbəb olur. Lakin hesab edirik ki, bu il dünya iqtisadiyyatının inkişafı çox sürətli və dinamik olmayacaqdır və bu onu deməyə əsas verir ki, neftin qiyməti bu civarlarda sabit qalacaq".

 

Aydan Quliyeva