“Real Madrid” və “Manchester City”arasındakı Avropa rəqabəti

Bölmə: İdman › ,
Tarix: 21:35 19.02.2025

Çərşənbə axşamı axşam Çempionlar Liqasının ən möhtəşəm qarşıdurmalarından birinin növbəti bölümünə şahid olacağıq.

 

“Real Madrid”və “Manchester City” arasında Bernabeuda baş tutacaq pley-off mərhələsinin cavab oyunu Avropanın 15 qat rekord çempionu ilə 2023-cü ilin qalibini üz-üzə gətirəcək (oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq).

 

Avropanın ən uğurlu iki baş məşqçisi – Carlo Ancelotti və Pep Qvardiola yenidən taktiki döyüşə çıxacaqlar.

 

Ulduz futbolçuların yer aldığı bu möhtəşəm qarşılaşmada bir tərəfdə Kilian Mbappe, Vinisius Junior və Jude Bellingham, digər tərəfdə isə Erling Haaland, Kevin De Bruyne və Phil Foden olacaq.

 

Bu rəqabətin son üç mövsümdə qalibi Çempionlar Liqasının kubokunu qaldırıb, bu da matçın əhəmiyyətini daha da artırır.

 

Möhtəşəm ilk oyun gözləntiləri doğrultdu – Real iki dəfə geri düşsə də, Bellinghamın əlavə dəqiqələrdə vurduğu dramatik qələbə qolu onlara 3-2 hesablı cüzi üstünlük qazandırdı.

 

Mənbə: BBC Sport

Aytac Mustafayeva