Bellinghamın cəzası açıqlandı!

Tarix: 21:37 19.02.2025
İspaniya Futbol Federasiyası, Osasuna ilə matçda qırmızı vərəqə alan Real Madridin ingilis futbolçusu Jude Bellinghama 2 oyunluq cəza verib.
La Liqanın 24-cü turunda Real Madridin “Osasuna” ilə 1:1 hesablı heç-heçə etdiyi matçın 39-cu dəqiqəsində Jude Bellingham hakimə qarşı şifahi etirazına görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
İspaniya mətbuatında yer alan xəbərlərə görə, “Real Madrid” federasiyanın qərarına etiraz edəcək.
Mənbə: beinsports
Aytac Mustafayeva