"Galatasaray"da Okan Burukdan Muslera qərarı!

Bölmə: İdman › ,
Tarix: 21:27 20.02.2025

Avropa Liqasında “AZ Alkmaar”ı qəbul edən “Galatasaray”da baş məşqçi Okan Burukdan Muslera ilə bağlı qərar gəldi.

 

UEFA Avropa Liqasında “AZ Alkmaar”, Süper Liqada isə “Fenerbahçe” ilə qarşılaşacaq “Galatasaray”da baş məşqçi Okan Buruk qapıda Günay Güvənçi seçdi. Fernando Muslera uzun müddətdən sonra ilk dəfə nə cəza, nə də zədə səbəbi ilə deyil, ehtiyat oyunçular skamyasında yer aldı.

 

Abdülkerim Bardakcı “AZ Alkmaar” qarşısında meydana kapitan olaraq çıxacaq.

 

Mənbə:Milliyət

Fatimə Abdulrəhimli