Pley-Off mərhələsinin ikinci oyun gününün ilk matçı

Bölmə: İdman › ,
Tarix: 22:16 20.02.2025

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyun günündə "Dortmund" doğma meydanda "Sporting"i qonaq edib.

 

Pley-off mərhələsinin cavab matçı 0-0 hesablı bərabərliklə başa çatıb. Tərəflər arasında keçirilən ilk matçda Almaniya nəhəngi 3-0 hesabı ilə qalib gəldiyi üçün "Dortmund" ümumi hesabda üstün olaraq növbəti mərhələyə vəsiqə qazanıb.

 

Bu məğlubiyyətdən sonra Portuqaliya təmsilçisi "Sporting" bu mövsüm UEFA Çempionlar Liqasındakı mübarizəsini dayandırıb.


Məmmədli Maarif