"Galatasaray" Avropa Liqasında mübarizəni dayandırıb

Bölmə: İdman › ,
Tarix: 18:41 21.02.2025

Okan Burukun komandası Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "AZ Alkmaar"la üz-üzə gəlib.

 

İstanbulda keçirilən matçda hesabı qonaqlar açıb. 42-ci dəqiqədə Seiya Maikuma fərqlənib. Fasiləyə üstün yollanan "AZ Alkmaar" ikinci hissədə daha bir qol vurub. Bu dəfə Denso Kasius "Sarı qırmızılılar"ı məyus edib. 56-cı dəqiqədə meydan sahiblərinin heyətindən Victor Osimen vurulan qollardan birinin əvəzini çıxıb. Görüşün 70-ci dəqiqəsində isə Roland Sallai hesaba tarazlıq gətirib.

 

Oyun 2-2 hesabı ilə başa çatsa da, ümumi hesabda rəqibinə 6-3 məğlub olan "Galatasaray" UEFA Avropa Liqasında bu mövsümlük mübarizəni dayandırıb.

 

Məmmədli Maarif