Acun Ilıcalıdan "Rangers" püşkü ilə bağlı -ŞƏRH

Bölmə: İdman › ,
Tarix: 18:49 21.02.2025

“Fenerbahçe”nin vitse-prezidenti Acun Ilıcalı UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Rangers" ilə düşmələrini "asan deyil, amma yaxşı püşk" kimi qiymətləndirib.


TRT Spor-a açıqlamasında o, "Şəxsən "Olimpiakos"u istəyirdim, amma baş məşqçimiz və klubumuz üçün fərqi yoxdur" deyib. "Anderlecht"i rahat keçdiklərini bildirən Ilıcalı, "Türk komandalarının Avropa klublarını bu qədər asan məğlub etdiyini nadir hallarda görmüşük. Bizi təzyiqdən uzaq tutan Jose Mourinhoya və oyunçularımıza təşəkkür edirik",-deyə əlavə edib.

 

Mourinhonun gələn mövsüm də komandada qalacağını vurğulayan Ilıcalı, “Fenerbahçe”nin son beş ilin Türkiyədə ən çox xal toplayan və Avropaya birbaşa vəsiqə qazandıran klubu olduğunu qeyd edib: "Tək istəyimiz kubokdur və komandanıza inanırıq!" Püşk cədvəlinə toxunan Ilıcalı, "Bilbao"nun favorit olduğunu, "Roma" ilə qarşılaşmanı isə baş məşqçi Mourinhonun keçmiş komandası olması səbəbilə maraqlı hesab etdiyini bildirib. O, ilk oyunların evdə keçirilməsini istəyərək, "Azarkeşlərimizə güvənirəm, ilk oyunda böyük fərqlə qalib gəlsək, ciddi üstünlük qazanarıq",- deyə sözlərini tamamlayıb.


Mənbə: NTV spor

Nərgiz Orucova