UEFA Konfrans Liqasında püşkatma baş tutdu!

Tarix: 19:24 21.02.2025
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cütlükləri müəyyənləşdi. Ən çox diqqət çəkən qarşılaşma isə “Chelsea” - “Kopenhag” dueli oldu.
İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın Baş Qərargahında keçirilən püşkatmada cütlüklər müəyyənləşdi. UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunları 6 mart, cavab görüşləri isə 13 mart tarixlərində keçiriləcək.
Cütlüklər aşağıdakı kimidir:
•“Real Betis” (İspaniya) - “Vitoria” (Portuqaliya)
•“Jagiellonia” (Polşa) - “Cercle Brugge” (Belçika)
•“Celje” (Sloveniya) - “Lugano” (İsveçrə)
•“Panathinaikos” (Yunanıstan) - “Fiorentina” (İtaliya)
•“Kopenhag” (Danimarka) - “Chelsea” (İngiltərə)
•“Molde” (Norveç) - “Legia Varşava” (Polşa)
•“Pafos” (Kipr Rum İcması) - “Djurgarden” (İsveç)
•“Borac” (Bosniya və Herseqovina) - “Rapid Wien” (Avstriya)
Mənbə:Milliyət
Fatimə Abdulrəhimli