"Neftçi" son dəqiqə qolu ilə qələbə qazandı

Tarix: 21:20 21.02.2025
Misli Premyer Liqasının 24-cü turunun açılış oyununda "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəliblər.
Neftçi Arenada keçirilən oyunda meydan sahibləri qələbəyə seviniblər. Oyunda yeganə qolu matçın 90+3-cü dəqiqəsində Filip Ozobiç vurub. Xorvatiyalı futbolçu penaltini dəqiq yerinə yetirərək komandasına 3 xal qazandırıb.
Qeyd edək ki, hazırda aktivində 27 xal olan "Ağ-Qaralar" Premyer Liqada 6-cı sırada qərarlaşırlar.
Məmmədli Maarif