Rusiya və Azərbaycan “Şimal-Cənub” layihəsini gücləndirirlər

Tarix: 21:52 03.03.2025
Rusiya prezidentİ Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə söyləyiblər ki, Şimal- cənub dəhlizi Avrasiya ölkələrini birləşdirilməli olan körpüdür.
Mövzu ilə bağlı “informator.az”a iqtisadçı Xalid Kərimli bildirib ki, iki dövlər arasında hər zaman iqtisadi əlaqalər olub. Lakin bu layihəylə əlaqaləri daha da gücləndirirlər:
“Hindistandan gələn yüklərin İran və Azərbaycan üzərindən keçməklə Rusiyaya ötürülməsi prosesidir. Şimal-Cənub dəhlizinin 3 forması mövcuddur.Biri Xəzər dənizinin üzərindən keçərək, biri də Mərkəzi Asiya üzərindən keçərək ötürülür. Amma bizim üçün ən sərfəlisi Şimal-Cənub dəhlizinin Azərbaycan üzərindən keçməsidir. Azərbaycanın həm su yolları, həm də dəmir yolları xətləri olmağına baxmayaraq bu məsələdə çatışmayan Rəşt dəmir yollarıdır. Keçən il Rusiya dəmiryol xəttinə milyard yarım kredit ayırdı ki,layihəni həyata keçirsinlər. Əgər Rəştdən Astaraya dəmiryol xətti birləşsə o zaman birbaşa dəmiryol xətləri ilə Rusiyaya yüklər gede bilər. Şimal-Cənub dəhlizinin tam gücü ilə işləməsi Azərbaycanı həm starateji, həm də eyni zamanda ölkənin şirkətlərinin daha güclü şəkildə işləməsininə təsir edə bilər. Həmçinin hazırda Rusiya və Azərbaycanın arasındakı gərginlikdə bu layihəyə maneçilik törətməyəcək. Çünki, bu layihə bütün dövlətlər üçün xeyirlidir”.
Aysel Mirzəyeva