Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib

Bölmə: MEDİA › ,
Tarix: 23:13 04.03.2025

Audiovizual Şura Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə interaktiv seminar təşkil edib. Seminarın əsas məqsədi tələbələrin audiovizual media sahəsində bilik və bacarıqlarını artırmaq, onlara peşəkar təcrübə qazandırmaqdır. 
 
Seminar çərçivəsində tələbələrə audiovizual media məkanında mövcud qanunvericilik, etik normalar, rəqəmsal medianın əhəmiyyəti və inkişafı mövzusunda məlumat verilib. Daha sonra media subyektləri və onların təsnifatı haqqında danışılıb.
 
Bütün bunlarla yanaşı, tələbələr audiovizual jurnalistika sahəsində qarşılaşdıqları praktiki çətinliklər və onların həlli yolları barədə müzakirələr aparıblar. Şura nümayəndələri tələbələrin suallarını cavablandıraraq, onlara peşəkar məsləhətlər və tövsiyələr veriblər.
Sözügedən seminar tələbələrin peşəkar inkişafına, jurnalistika sahəsində daha bilikli və bacarıqlı kadrların hazırlanmasına töhfə verib.

Qeyd edək ki, bu görüş 19 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Audiovizual Şura əməkdaşlarının BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə hər il keçirilir.

 

 



Meşədiyeva Türkanə