Zaqrebdə Xorvatiya-Azərbaycan İnvestisiya forumu keçirilməsi nəzərdə tutulur

Bölmə: İqtisadiyyat › ,
Tarix: 23:14 04.03.2025

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə “X” soaial şəbəkəsində paylaşım edib.

 

Mövzu ilə bağlı “informator.az”a iqtisadçı Emin Qəribli bildirir ki, bu formun keçirilməsi iki dövlət arasında ticari münasibətlərin yaxşılaşdırılmasına xidmət edir:

 

“Hər bir ölkə hansı resuslara malikdirsə, hansı resuslarda daha yaxşı inkişaf edirsə, onlar müəyyən edilir və müzakirə masasına yatırılır. Hazırda qlobal dünyada hər bir ölkə nə qədər çox ölkə ilə ticari, siyasi kooperasiyası yaranarsa, o qədər də ölkə inkişaf etmiş olar. Xorvatiya da Avropa İttifaqının (Aİ) ölkəsi olduğuna görə, Azərbyacanın Aİ ilə və Avropa ölkələri ilə inteqrasiyası olması üçün böyük rol oynaya bilər. Bildiyimiz kimi Şərqi Avropa da bizim kifayət qədər əməkdaşlarımız var. Bu ölkələrə biz qaz ixrac edirik, enerji ötürürük və bu ölkələr arasına Xorvatiyanın daxil olması çox yaxındır”.

 

Həmçinin iqtisadçı bildirir ki, Xorvatiya Şərqi Avropanın ən çox inkişaf etmiş ölkələrindən biridir. Ölkənin gəliri, iqtisadiyyatı kifayət qədər yüksəkdir:

 

“Xorvatiyanin iqtisadiyyatının belə güclü olmasına görə ölkəmizin onunla yaxınlaşması bizim üçün müsbət bir hadisədir. Digər tərəfdən bilirik ki, əlaqlərin güclənməsi üçün dövlətlərində səyləri olmalıdır. Müvafiq tədbirlərin, formların keçirilməsi lazımdır. Azərbaycan Xorvatiya üzərindən yeni texnologiya sahələrin mənimsənilməsi,o sahələrin fabriklərinin açılması mühüm bir məsələdir”.


Aysel Mirzəyeva