Şimali dənizdə ABŞ bayraqlı tankerə çırpılan yük gəmisinin kapitanı həbs edilib

Bölmə: Dünya › ,
Tarix: 21:13 12.03.2025

 

 

Solong yük gəmisinin kapitanı İngiltərə sahillərində ABŞ bayraqlı tankerə çırpıldıqdan sonra həbs edilib. Gəminin sahibi çərşənbə günü bildirib ki, kapitan Rusiya vətəndaşıdır. Hazırda dənizçilik ekspertləri hadisənin səbəblərini araşdırırlar.

 

Solong, Şimali dənizdə lövbər salmış Stena Immaculate tankerinə çırpılıb. Gəmidə ABŞ ordusu üçün böyük miqdarda reaktiv yanacaq olduğu üçün toqquşma nəticəsində hər iki gəmidə yanğın baş verib. Britaniya sahil mühafizəsi dərhal təcili xilasetmə əməliyyatlarına başlayıb.

 

Britaniya polisi artıq qəza ilə bağlı cinayət işi açıb və 59 yaşlı bir şəxsi ağır səhlənkarlıq səbəbilə adam öldürmə şübhəsi ilə həbs edib.

 

Solong gəmisinin sahibi olan Ernst Russ şirkətinin sözçüsü təsdiqləyib ki, həbs edilən şəxs gəminin kapitanıdır və Rusiya vətəndaşıdır.

 

CNN

Nuray Qurbanlı