AzTV-nin regionlar üzrə baş redaktoru Vəfa Seyidovanın BDU tələbələri ilə görüşü

Bölmə: MEDİA › ,
Tarix: 17:06 13.03.2025

Azərbaycan Televiziyası (AzTV) və Bakı Dövlət Universitetinin (BDU) birgə əməkdaşlığı ilə Jurnalistika fakültəsində AzTV-nin regionlar üzrə baş redaktoru və aparıcısı, jurnalist Vəfa Seyidovanın tələbələrlə görüşü baş tutdu.

Görüşdə Vəfa xanım jurnalistika sahəsində bir çox mövzulara toxunaraq tələbələrə öz təcrübəsindən danışdı. Xəbər oxuma bacarıqlarını inkişaf etdirmək üçün etməli olduqları nüanslara diqqət çəkdi.

"Sednaya cəhənnəmi" adlı sənədli filmin çəkilişləri zamanı qarşılaşdığı çətinliklərdən, Prezident İlham Əliyevlə eksklüziv müsahibəsinə necə hazırlaşdığından söz açdı.

Sonda Vəfa Seyidova tələbələrin suallarını cavablandırdı.

Görüş xatirə fotosu ilə yekunlaşdı.