Ərdoğan Azərbaycan prezidenti ilə görüş keçirib

Tarix: 20:18 13.03.2025
Görüşdə Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Açılış mərasimində bildirilib ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var.
Mövzu ilə bağlı “informator.az”a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirir ki, Naxçıvan Muxtar Respublikası müstəqillikdən sonrakı illərdə 15 il ərzində bu enerji, qaz tədarükü və işıq məsələləri ilə bağlı sıxıntılar yaşayıbdır:
“Azərbaycan İranın bəzi ölkələrini qaz təchizatı ilə təmin edəcək, İran da qarşılığında Naxçıvanı qaz təchizatını həyata keçirəcək. Enerji təhlükəsizliyi məsələsində ciddi addımların atılmağı lazım idi. Müəyyən məsələlərdə asılılığın aradan qaldırılması həyata keçirilməli idi və bu istiqamətdə Azərbaycan hökuməti trans adriatik qaz boru xətti vasitəsi ilə onsuz da bizim Avropada bəzi layihələr hayata keçirilirdi. Türkiyə üzərindən yəni, İğdır vilayətindən Azərbaycanın Sədərək qazpaylayıcı stansiyası vasitəsi ilə bütün Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının kənd və rayonlarını qazla təmin etməklə həyata keçirilir. Faktiki olaraq SOCAR qazının Türkiyə üzərindən Azərbaycan ərazisi olan Naxçıvan Muxtar Respublikasına tədarük deməkdir. Yəni bu o deməkdir ki, artıq hansısa bir qaz tədarükü olanda hansısa bir başqa ölkədən asılılığı aradan qaldırılıb. Bu istiqamətdə onu demək istərdim ki, qaz boru kəmərlərinin qorunmasını dövlət ən yüksək texnologiya vasitələri ilə, kamera müşahidə vasitə ilə, həmçinnn insan resusları ilə də həyata keçirir. Ən müasir standartlara uyğun olaraq təhlükəsizlik qorunur və bu günə kimi də neqativ bir hal yaşanmadığının şahidi olmuşuq. Bu məsələlər Naxçıvanın iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş yeni praqramlarada daxil olunubdur”.
Aysel Mirzəyeva