“Şərbətdən sonra su içmək özünüzü daha yaxşı hiss edəcək”

Tarix: 22:44 13.03.2025
Soyuqdəymə, qrip və öskürək problemləri ən çox görülən xəstəliklər arasındadır. Həkimlər adətən bu problemlər üçün şərbət içmək lazım olduğunu deyirlər.
Öskürəyi aradan qaldırmaq üçün istehlak edilən şərbətlərdən sonra su içmək vərdişiniz varsa, həkimlərin bu vərdiş haqqında nə dediklərinə əməl edin.
Bir çox insanlar sağalmaq üçün şərbət istehlak etməkdə çətinlik çəkir. Şərbətlərdəki ləzzəti , ümumiyyətlə, insanlar bəyənmirlər. Ona görə də şərbətdən dərhal sonra su içir. Mütəxəssislər bu vərdişlə bağlı müxtəlif açıqlamalar veriblər.
Bir çox insanların öskürək siropu içdikdən sonra su içmək vərdişi var. Dr. Kanika Boblinin sözlərinə görə, “öskürək siropu içdikdən dərhal sonra su istehlak etmək mənfi təsirlərə səbəb olan bir vəziyyətdir. Şərbət və ya öskürək siropu içdikdən sonra su içmək bir çox problemlər yarada bilər.
Öskürək siropu istehlak edərkən maye balansına diqqət yetirilməlidir. Bundan əlavə, öskürəyi müalicə etmək üçün təbii üsullardan istifadə edərək öskürəyi aradan qaldıra bilərsiniz. Şərbətdən istifadə etdikdən sonra müəyyən vaxt keçdikdən sonra cökə, zəncəfil , alma və nanə çayı istifadə edə bilərsiniz”.
Mənbə: Pembenar
Nigar Səmədli