“Məqsədimiz 40 ildir davam edən separatçı terror burulğanını aradan qaldırmaqdır”

Tarix: 23:19 13.03.2025
Daxili İşlər Naziri Yerlikaya, "Allaha şükürlər olsun ki, millətimizin başına gələn terror bir daha açılmamaq şərtilə bağlanır. Məqsədimiz 40 illik separatçı terror burulğanını Prezidentimizin liderliyində aradan qaldırmaqdır",-dedi.
Daxili İşlər Naziri Yerlikaya, Batmandakı görüşləri çərçivəsində Qubernatorluğu ziyarət edib.
Daha sonra AK Partiya və MHP il qərargahını ziyarət edən Yerlikaya, Türkiyə Neft Şirkətinin (TPAO) Batman Region Müdirliyi şəhərciyində yerləşən Kristal Park İctimai Təsislərində bağlı qapılar arxasında keçirilən “Təhlükəsizlik Toplantısı”na qatılıb.
İftardan sonra çıxış edən nazir Yerlikaya, Batmanda qurulan səmimi süfrə arxasında batmanlılarla bir yerdə olmaqdan xoşbəxt olduğunu dilə gətirib.
"Türklər, kürdlər, ərəblər, ələvilər və sünnilər əsrlər boyu eyni duaya "amin" deyiblər, eyni taleyi paylaşıblar. Onlar eyni sevgi ilə vətənlərini qoruyub, eyni bayraq altında ortaq keçmişdən ortaq gələcəyə birgə addımlayıblar",-dedi.
Mənbə: TRT Haber
Fatimə Şahverdiyeva