“Dəri xərçəngi müalicəyə tabe olan xəstəlikdir”

Tarix: 20:41 18.03.2025
Xərçəng xəstəliyi insan səhhəti üçün ciddi xəstəlikdir və müxtəlif növləri mövcuddur. Bunlardan biri də dəri xərçəngidir.
Mövzu barədə onkoloq, Tibb üzrə fəlsəfə doktoru Afət Cabbarova “İnformator.az”a açıqlama verib.
O qeyd edib ki, dəri xərçənginə dərinin ultrabənövşəyi şüalarına məruz qalan insanların, sonra açıq dəri rənginə sahib olan insanların dərisi daha tez məruz qalır
“Xüsusən, yay aylarında bu xəstəliyə diqqət etməliyik. Dəri xərçənginin tam şəkildə müalicəsi var, müalicəyə tabe olan bir xəstəlikdir. Dəri xərçəngi daha çox yaşlı insanlara təsadüf edir”.
Müsahibimizin sözlərinə görə, əgər bu xəstəliyə biganə qalınmasa, bu xəstəliyin əməliyyatsız qarşısını almaq mümkündür :
“Dəri xərçənginin əlamətləri isə dəridə qızartı, qabıqlama və
ləkədir.Bəzən insanlar dəri xərçəngini xaldan əmələ gələn şiş ilə səhv salırlar, ancaq bunlar tamamilə ayrı xəstəliklərdir. Xaldan əmələ gələn şiş dəri xərçəngi deyil, dərinin bədxassəli və ən aqressiv şişidir”.
Ayxan Cəfərov