İran fövqəladə vəziyyət elan edildi -8 ölü,750 yaralı,6 itkin...

Bölmə: Dünya › ,
Tarix: 22:51 26.04.2025

İranın Bəndər Abbas şəhərində limanda partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

 

Yaralananların sayı isə 750 nəfərə çatıb. Baş verən partlayışdan sonra 6 nəfərin itkin düşdüyü deyilir.

Bildirilib ki, yanğın hələ də tam söndürülməyib. Liman ərazisində yanğının intensivliyi xeyli artıb.

Eyni zamanda ölkədə fövqəladə vəziyyət elan edilib.