Evdəki plastiklər infarkt riskini artıra bilər

Tarix: 21:07 29.04.2025
Yeni bir araşdırma, şampun, saxlama qabı, oyuncaqlar kimi məhsullarda olan “ftalat” adlı kimyəvi maddələrin, 2018-ci ildə 55-64 yaş arası insanlarda ürək-damar xəstəliklərindən qaynaqlanan ölümlərin 10 faizindən çoxuna səbəb ola biləcəyini ortaya qoyub.
Araşdırmaya əsasən, evdə tez-tez istifadə olunan plastik məhsullarda rast gəlinən bu sintetik “ftalat” kimyəvi maddələri, xüsusilə 2018-ci ildə 55-64 yaş arası qadın və kişilərdə ürək xəstəliklərinə bağlı ölümlərin artmasında rol oynayan ola bilər.
Ftalatlar — qida saxlama qablarında, şampunlarda, makiyaj vasitələrində, ətirlərdə və uşaq oyuncaqları kimi məhsullarda istifadə olunur. Nyu-York Universitetinin Grossman Tibb Fakültəsindən ətraf mühit pediatriyası üzrə mütəxəssis Prof. Dr. Leonardo Trasande bildirib ki, bu kimyəvi maddələr damar sistemində iltihablanmaya səbəb olaraq qəfil infarkt və ölümə yol aça bilər.
Bundan əlavə, astma, uşaqlarda piylənmə və bəzi xərçəng növləri ilə də əlaqəli olduğu qeyd edilir.
Araşdırmaya görə, xüsusilə “DEHP” adlı ftalat növü, 2018-ci ildə dünya üzrə təxminən 370 min ürək-damar xəstəliyi ilə əlaqəli ölümə töhfə verib.
Mənbə: TRT HABER
Nuray Əliyeva