PFDK "Qalatasaray"ı cərimələyib

Bölmə: İdman › ,
Tarix: 21:36 29.04.2025

 

Türkiyə Futbol Federasiyasından (TFF) verilən məlumata görə, Türkiyə Kubokunun yarımfinal mərhələsində baş tutan “Qalatasaray” – “TÜMOSAN Konyaspor” qarşılaşmasında baş verən hadisələrə görə hər iki klub intizam cəzası alıb.

 

Matç zamanı “Qalatasaray” azarkeşlərinin səbəb olduğu meydança insidentləri, pilləkən qəfəslərinin boş saxlanılmaması və qeyri-etik, nalayiq şüarlarla çıxış etmələri səbəbilə klub ümumilikdə 678 min lirə məbləğində cərimələnib.

 

Eyni oyunda "Konyaspor" azarkeşlərinin də meydançada yaratdığı qarışıqlıqlar və təhlükəsizlik qaydalarına zidd olaraq pilləkən qəfəslərini boş qoymamaları səbəbilə klub 493 min 500 lirə cərimə ilə üzləşib.

 

TFF-nin İntizam Komitəsi bu qərarları azarkeş davranışlarının stadion təhlükəsizliyinə mənfi təsir göstərməsini əsas gətirərək verib.

 

TRT SPOR 

Güllər Gülhüseynova