Suriyada mer və oğlu güllələnib

Bölmə: Siyasət › ,
Tarix: 20:51 01.05.2025

 

Naməlum cinayətkarlar Suriyanın paytaxtı Dəməşqin cənub-şərqində yerləşən Saxnaya şəhərinin meri Husam Varuranı güllələyiblər.

 

Bu barədə"İnformator.az"Syria TV" telekanalına istinadla xəbər verir.

 

İnsident zamanı merlə birlikdə onun oğlu da öldürülüb. Merə qarşı sui-qəsd günün birinci yarısında Dəməşq yaxınlığında törədilib.

 

Hökumət orqanları qətlin başvermə səbəblərini araşdırırlar.

 

Qeyd edək ki, mayın 1-də Caraman və Saxnaya ətrafında atəşkəs elan edilib. Sözügedən bölgələrdə iki gün ərzində Dəməşqdəki keçid hökumətinə tabe olan təhlükəsizlik qüvvələri ilə yerli silahlı dəstələr arasında toqquşmalar baş verib.