“ Molla Nəsrəddin” ədəbi məktəbinə həsr olunan -elmi seminar

Bölmə: MEDİA › ,
Tarix: 23:10 01.05.2025

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının iş planına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Mətbuatın 150 illiyi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq elmi seminar təşkil olunub.

 

“İnformator.az” xəbər verir ki, seminarı giriş sözü ilə kafedranın müdiri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli açaraq tədbirin əhəmiyyətindən bəhs edib. Tədbirdə filologiya elmləri doktoru, professor Allahverdi Məmmədlinin “Molla Nəsrəddin” ədəbi məktəbində azərbaycançılıq” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi çıxışından sonra dinləyicilərin suallarını cavablandırıb.

 

Seminar çərçivəsində mövzu ətrafında müzakirələr aparılıb. Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor Sevil Həsənova və filologiya elmləri doktoru Qərənfil Quliyeva mövzu ilə bağlı fikir və təkliflərini bölüşüblər.

 

Seminar iştirakçıları “Molla Nəsrəddin” ədəbi məktəbinin Azərbaycan mətbuat tarixində tutduğu mühüm mövqeyi bir daha vurğulayıblar.

 

 

 

 

Vüqar Alışov