Övladlar arasında ideal yaş fərqi nə qədər olmalıdır?
Bölmə: Araşdırma › ,Tarix: 13:52 27.01.2015
Valideynlər övlad dünyaya gətirməyi planlaşdırarkən onlar arasındakı yaş fərqini çox vaxt nəzərə almırlar. Bu da öz növbəsində uşaqlar arasında problemlərin yaranmasına səbəb olur.Bəs övladlar arasında ideal yaş fərqi nə qədər olmalıdır?
Birinin 5 digərinin 12 yaşı.Bir çox vaxtlarda isə bu yaş fərqi ailədəki övladlar arasında daha çox olur.Uşaqlar arasındakı yaş intervalı isə onlar arasında bir çox problemlərin yaranmasına səbəb olur.
Yaş fərqinin uşaqlar arasında çox olması isə onlar arasında ünsiyyət probleminə səbəb olur.Belə uşaqlar bir-birlərinə qarşı daha diqqətsiz olurlar.
Mütəxəssislər hesab edir ki, az yaş fərqi də müəyyən problemlərə səbəb olur.Yəni 2 yaşa qədər fərqin olması uşaqlarda adətən qarşılıqlı qısqanclıq hisslərinə gətirib çıxarır.
Psixoloqlar isə hesab edirlər ki, uşaqlar əsasən bacı və qardaşlarını 4-5 yaşında qəbul etməyə başlayırlar. Çünki 4-5 yaşdan balaca uşaqlar özlərini anadan çox asılı vəziyyətdə hiss edir və onun bir parçası olduğunu hesab edirlər.Ancaq bu müddət ərzində uşaqlar anadan az da olsa uzaqlaşır və başqa bir uşaqla paylaşmağa qismən də olsa hazır olurlar. Və artıq həmsöhbət və oyunlar oynamaq üçün tərəfdar axtarmağa başlayırlar.Buna görədə uşaqlar arasında ideal yaş fərqi 4-5 dir