Vaşinqton Universitetində Fələstinə dəstək verən etirazçılar saxlanılıb

Bölmə: Dünya › ,
Tarix: 21:43 06.05.2025

ABŞ-nin Seattle şəhərindəki Vaşinqton Universitetində "İsrailin Qəzzaya hücumlarda istifadə etdiyi silahların tədarükündəki roluna görə" məktəbin Boeing ilə əlaqələrinin kəsilməsini tələb edən 30-a yaxın etirazçı saxlanılıb.

 

CNN-in məlumatına görə, Vaşinqton Universitetində Fələstinə dəstək nümayişi keçirilib.

 

Etirazçılar “İsrailin Qəzzaya hücumlarda istifadə etdiyi silahların tədarükündə oynadığı rol” səbəbilə Boeing ilə əlaqələri kəsməyə çağırıb və binaya Qəzzada hava hücumu zamanı həlak olan mühəndislik tələbəsinin adının verilməsini tələb ediblər.

 

Universitetin sözçüsü Viktor Balta nümayişçilərin binanın giriş-çıxışlarını bağladığını, binanın kənarındakı zibil qutularını yandırdığını iddia edib.

 

Balta qeyd edib ki, 30-a yaxın adam “sahibkarlıq etmək, əmlaka ziyan vurmaq və qaydalara zidd hərəkət etmək” ittihamı ilə saxlanılıb.

 

Qəzzada çox yüksək dinc itkilərə səbəb olan və təyyarə bombalarını idarə edən Birgə Birbaşa Hücum Sursatları (JDAM) dəstlərinin ABŞ-nin Boeing şirkəti istehsal etdiyi məlumdur.

 

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli