“ “Qarabağ” l təsnifat mərhələsində rəqibini asanlıqla mübarizədən kənarlaşdıracaq” -ŞƏRH

Tarix: 22:16 06.05.2025
“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində potensial rəqiblərinin sayı artıb.
Ağdam təmsilçisinin mümkün rəqibləri sırasına daha bir neçə ölkənin çempionu qoşulub.
Mövzu ilə bağlı idman jurnalisti Fuad Eldarov “İnformator.az”a açıqlamasında bildirib ki , “Qarabağ”ın növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirak etməsi ölkə futbolu adına sevindirici haldır:
“Ağdam” klubu l təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Onun təsnifat mərhələsindəki potensial rəqibləri artıq artmaqdadır. Bu komandaya çox da ciddi təsir göstərməyəcək. Çünki “Qarabağ” bir çox ölkələrin klubları ilə bundan əvvəlki mövsümlərdə yaxşı mübarizə aparıb. “Qarabağ”la bundan əvvəl meydana çıxmayan təmsilçiləri UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. Amma bu ölkələrin ümumi reytinqinə nəzər yetirdikdə , görünür ki , “Qarabağ” l təsnifat mərhələsindən çox rahatlıqla növbəti mərhələyə yüksələcək. ll təsnifat mərhələsindəki rəqibi ilə də “Qarabağ” yaxşı mübarizə apara biləcək. Il təsnifat mərhələsi ilə bağlı indidən nəsə demək tezdir. I təsnifat mərhələsində püşk atma olmalıdır. Püşk atma mərasimi iyun ayında olacaq. Bununla , “Qarabağ” l təsnifat mərhələsindəki rəqibi bilinəcək. “Qarabağ” l təsnifat mərhələsində rəqibini asanlıqla mübarizədən kənarlaşdıracaq”.
Kəmalə Vəliyeva