HƏMAS İsrail və ABŞ vətəndaşlığı olan girovu azad edib

Tarix: 00:40 13.05.2025
Fələstinin HƏMAS hərəkatı İsrail və ABŞ vətəndaşlığı olan girovu azad edib.
“İnformator.az” xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında dərc olunan məlumatda deyilir.
“Bir müddət əvvəl “İzzəddin Əl-Qəssam Briqadaları” (HƏMAS-ın hərbi qanadı) İsrail və Amerika vətəndaşlığı olan girov İdan Aleksandrı azad edib”, - məlumatda bildirilir.