Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar

Bölmə: Dünya › ,
Tarix: 11:20 14.05.2025

Avropa İttifaqına üzv ölkələr bu gün ərzində Rusiyaya qarşı yeni 17-ci sanksiyalar paketinin məzmununa dair ilkin razılığa gəlməyi planlaşdırır.

 

İnformator.az” xəbər verir ki, bu barədə məlumatı “ Bloomberg” agentliyi yayıb. 

 

Yeni sanksiyalar paketi Rusiyanın təqribən 60 şirkət və vətəndaşının, eləcə də 150 tankerinin “qara siyahı”ya salınmasını nəzərdə tutur. 

 

Yeni məhdudiyyətlərin mayın 20-də təsdiq ediləcəyi gözlənilir.

Aİ səfirləri Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. 

 

Yeni məhdudiyyətlərin mayın 20-də Aİ-yə üzv ölkələrin XİN rəhbərlərinin təsdiq ediləcəyi gözlənilir.