Tramp İranla sövdələşmənin şərtini açıqlayıb

Tarix: 12:49 14.05.2025
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı yaratmaqdan imtina edəcəyi halda, onunla sövdələşməyə hazır olduğunu bəyan edib.
"İnformator.az"ın məlumatına görə, o, bunu Birləşmiş Ştatlar və Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının sammitində çıxışı zamanı bildirib.
"Mən İranla razılaşmaya nail olmaq, mümkün olduğu təqdirdə nəsə etmək istəyirəm. Lakin İran terrorizmi maliyyələşdirməyi dayandırmalı, qanlı proksi müharibələr aparmaqdan və nüvə silahı yaratmaq məqsədindən həmişəlik imtina etməlidir", - o qeyd edib.