Fidan Rubio ilə Ukraynanı müzakirə edib

Tarix: 21:09 14.05.2025
Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Marko Rubio ilə telefon danışığında Suriya, Qəzza zolağı və Ukraynadakı vəziyyət daxil olmaqla regional məsələləri müzakirə edib.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Züriyə Qarayeva bildirir ki, Hakan Fidan ilə Marko Rubio arasındakı telefon danışığında Suriya qəzza zolağı, Ukrayna kimi qlobal mənada önəm daşıyan problemlərin müzakirə olunub:
“Sözsüz ki, bu müzakirələr gələcəyə yönəlik həmin problemlərin həlli istiqamətində müəyyən işartıların pozitiv meyillərin yaranacağından da xəbər verir. Məlum məsələdir ki, Türkiyə sadaladığımız regionlarda bu probləmlərdən aktiv tərəfdir. Həmin problemlərin həll olunmasında öz töhfələri ilə seçilən bir tərəfdir. Həmçinin vasitəçilik imkanlarını bütün mərhələlərdə ortaya qoyub. Bildiyimiz kimi Rusiya-Ukrayna müharibəsində heç bir tərəfin deyil, məhz Türkiyənin tərəfdaşlığı, vasitəçiliyi ilə tərəflərin özləri tərəfindən irəli sürülüb. V.Putin də, V.Zelenski də prezident R.T.Ərdoğanın bu proseslərdə ciddi iştirakından maraqlıdırlar. Putin açıq şəkildə bildirdi ki, əgər Ərdoğan bu proseslər də açıq şəkildə iştirak edərsə, tərəflər sülh istiqamətində nəsə əldə edə bilər. Hər iki tərəf üçün bu optimal ola bilər. Eyni zamanda Suriya məsələsində də Türkiyənin aktivliyini görə bilərik. Hazırki müvəqqəti hökümət ilə rəsmi Ankara arasında ciddi, dinamik əlaqələr mövcuddur. Suriyada hazırki müəyyən sakitlik rejimin formalaşmasında Türkiyənin özünün də həm siyasi, həm də hərbi töhfələri olub. Türkiyənin həm də milli maraq məsələsidir və yaxınlığında yerləşir. Qəzza zolağını da bilirik ki, müvafiq ərazidə gərginliyin günü-gündən artdığını müşahidə edirik. Təssüflər olsun ki, bu gərginlikdə mülkü insanların, körpələrin qətlə yetirilməsi ilə nəticələnir. Və belə olduğu halda hər zaman əzilən tərəfin yanında olan, müsəlmanların tərəfdarları rolunda bir imic qazanan cənab Ərdoğanın bu istiqamətdə də etdiyi işlər danılmazdır. Son dövrlərdə Amerika ilə ortaq təşəbbüslər olduğunu görə bilərik. Hətta Amerika və İsrail xəttində bu yöndə bir gərginlik də bu baxımdan yaşanmaqdadır. Çünki, Tramp həm Qəzza zolağı ilə, həmdə Suriya ilə bağlı demək olar ki, rəsmi tələblərə uyğun olmayan, lakin Ankaralnın maraqları ilə ortaq olan yanaşma rəsgilətməkdədir. Bu baxımdan da telefon danışığının məqsədinin müvafiq coğrafiyalarda sülhin bərpa olunması hesab etmək olar”.
Aysel Mirzəyeva