İranda bəzi şəhərlərdə qum fırtınası səbəbilə məktəblər bağlanıb

Tarix: 22:09 14.05.2025
İranın bəzi şəhərlərində qum fırtınasının yaratdığı hava çirkliliyi səbəbilə məktəblər bağlanıb. İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, bir sıra şəhərlərdə fəaliyyət göstərən böhran idarəetmə mərkəzləri və fövqəladə vəziyyət komitələri qum fırtınasına görə məktəblərin bağlanması qərarını verib.
Ölkənin qərbində təsirli olan qum fırtınası səbəbilə bu gün Qərbi Azərbaycan, Kürdüstan və Zəncan ostanlarında məktəblər, eləcə də Şərqi Azərbaycan ostanında məktəblərlə yanaşı Təbriz şəhərindəki bütün dövlət qurumları və banklar fəaliyyətini dayandırıb.
Meteorologiya idarəsinin verdiyi açıqlamaya əsasən, bu gün qum fırtınasının Əlburz ostanı ilə paytaxt Tehrana da çatacağı proqnozlaşdırılır.
TRT Xəbər
Nuray Əliyeva