Rəqəmsal media və kommunikasiya fəaliyyəti beynəlxalq elmi konfrans -çərçivəsində tədbir

Tarix: 14:18 16.05.2025
Tədbir Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyevin açılış nitqi ilə başladı. Vüqar Əliyev təlimin mahiyyətini açıqlayaraq iştirakçıları təqdim etdi.
"İnformator.az" xəbər verir ki, təlimdə Bakı Dövlət Universiteti fakültəsinin dekan Vüqar Əliyev, Universitetin müəllim heyəti, Üsküdar Universitetinin rektoru Nazife Güngör və müəllim heyəti, Ankara Universitetinin müəllim heyəti iştirak etdilər.
Təldbirdə ilk çıxışı ARB 24 televiziyasının rəhbəri Radik İsmayılov hazırladığı "Xəbər jurnalistikası süni intellekt dövründə" mövzusunda məruzəsi ilə çıxış etdi. Radik İsmayılov süni intellektin xəbər jurnalistikasına təsiri ilə bağlı danışdı:
"Süni intellekt xəbər, TV jurnalistikasına alt titırların yazılmasına imkan yaradır. Bu da jurnalistin işini asanlaşdırır, qüsursuz tərcümə edir. Süni intellektin üstünlüklərindən biri fərdləşmə imkanı yaratmasıdır".
Televiziya rəhbəri öz məruzəsi ilə çıxışı zamanı süni intellektin xəbər jurnalistikasına təsiri ilə bağlı fikirlərini, təcrübələrini auditoriyaya çatdırdı. O, süni intellektin imkanlarından və zərərlərindən danışdı. Radik bəyin çıxışı yekunlaşdıqdan sonra tədbir iştirakçıları ona suallar ünvanladılar, Radik bəy sualları cavablayaraq öz tövsiyələrini verdi.
Tədbir interaktiv şəkildə davam etdi, auditoriyadan gələn suallar cavablandırıldı. Bununla da 3 gün davam edən beynəlxalq konfrans başa çatdı.
Nərmin Həşimova
Kəmalə Vəliyeva