Azərbaycan səfiri Perunun XİN başçısının müavini ilə iqtisadi məsələləri müzakirə edib

Bölmə: Dünya › ,
Tarix: 08:26 21.05.2025

Məmməd Talıbov bu ölkənin xarici işlər nazirinin müavini Feliks Deneqri Bosa ilə iqtisadi məsələləri müzakirə edib.

 

“İnformator.az” “Report”a istinadən xəbər verir ki, bu barədə Perunun Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


“Nazir müavini Azərbaycan səfiri Məmməd Talıbovu qəbul edib, onunla siyasi dialoqu, müxtəlif sahələrdə əməkdaşlığı, həmçinin 2026-cı ildə diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi ərəfəsində iqtisadi əlaqələri gücləndirmək niyyətini təsdiqləyib”, – xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.