İsrail HƏMAS-ın Uitkoffun planını rədd etməsi səbəbindən Dohadan nümayəndə heyətini geri çağırıb

Tarix: 08:28 21.05.2025
İsrail HƏMAS hərəkatının ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun girovların azad edilməsi planını qəbul etməməsi səbəbindən Dohadan yüksək səviyyəli danışıqlar qrupunu geri çağırır.
“İnformator.az” “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin hökumət başçısının dəftərxanasının mətbuat xidməti məlumat yayıb.
“Dohadakı təxminən bir həftəlik intensiv əlaqələrdən sonra yüksək səviyyəli danışıqlar qrupu məsləhətləşmələr üçün İsrailə qayıdacaq və bu mərhələdə işçi səviyyələr Dohada qalacaq”, – bəyanatda qeyd olunub.