BƏƏ Qəzza zolağına yardım göndərilməsi ilə bağlı İsraillə razılığa gəlib

Bölmə: Dünya › ,
Tarix: 08:31 21.05.2025

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan israilli həmkarı Gideon Saar ilə telefon danışığı zamanı BƏƏ-dən Qəzza zolağına humanitar yardımın göndərilməsinə başlanması barədə razılığa gəliblər.

 

"İnformator.az” “Report"a istinadən xəbər verir ki, bu barədə Əmirliklər Xəbər Agentliyi (WAM) məlumat yayıb.



Bildirilib ki, ilkin mərhələdə humanitar yardım anklavın təxminən 15 min dinc sakinini ərzaqla təmin etməyə imkan verəcək.
Körfəz ölkəsinin təşəbbüsü həmçinin Qəzza zolağına uşaq məhsulları və çörəkxana üçün xammalın göndərilməsini də nəzərdə tutur.