Bakıda minifutbol üzrə dünya çempionatı başlayır

Bölmə: Dünya › ,
Tarix: 08:32 21.05.2025

Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək.


"İnformator.az”ın “Report"a istinadən məlumatına görə, ilk gündə 8 matç keçiriləcək.


A qrupunda yer alan Azərbaycan millisi Bəhreyni sınağa çəkəcək. Qarşılaşma saat 20:30-da başlayacaq.
Bu görüşdən əvvəl turnirin açılış mərasimi baş tutacaq. Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.