Türkiyə və ÇİN-in XİN rəsmiləri Əfqanıstandakı humanitar vəziyyəti müzakirə ediblər

Bölmə: Dünya › ,
Tarix: 08:34 21.05.2025

Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci Çin Xarici İşlər Nazirliyinin Əfqanıstanla iş üzrə xüsusi nümayəndəsi Yue Syaoyun ilə Əfqanıstandakı durumu müzakirə edib.


“İnformator.az” “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti qeyd olunub.


“Nazir müavinimiz səfir Berris Ekinci ÇXR Xarici İşlər Nazirliyinin Əfqanıstanla iş üzrə xüsusi nümayəndəsi Yue Syaoyunla görüşüb”, – XİN-in sosial şəbəkə hesabındakı müvafiq postunda yazılıb.