UEFA Avropa Liqasında final həyəcanı - "Tottenhem" və "Mançester Yunayted" üz-üzə

Tarix: 08:41 21.05.2025
Bu gün UEFA Avropa Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.
“İnformator.az” “Oxu.Az”a istinadən xəbər verir ki, final görüşündə iki ingilis klubu - "Tottenhem" və "Mançester Yunayted" qarşılaşacaq.
İspaniyanın Bilbao şəhərindəki "San Mames" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Görüşün baş hakimi almaniyalı Feliks Zoyerdir.