Azərbaycan və Uruqvayın diplomatik ali təhsil müəssisələri əməkdaşlıq edəcəklər

Tarix: 08:44 21.05.2025
Azərbaycan və Uruqvayın diplomatik ali təhsil müəssisələri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
“İnformator.az” “Report”a istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Mayın 20-də iki ölkənin xarici işlər nazirliklərinin diplomatik akademiyaları arasında kurikulum mübadiləsinə imkan verəcək əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb”, – XİN-in mətbuat xidməti bildirib.