Bir Millətin Sədası…

Bölmə: MEDİA › ,
Tarix: 12:34 22.05.2025

Bu gün Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbələrinin açıq dərsidir. Tədbirin açılışını fənn müəllimi Günay Məmmədova edib, Jurnalistika fakültəsinin tələbələri Gülər Mustafayeva və Cahandar Qocalı edib.

 

Tədbirjn gedişatında Nurlan Cəbrayılzadə mətbuat və aparıcı media subyektlərindən danışıb:

 

“ AZƏRTAC-ın tarixi inkişaf mərhələlərindən danışıb. 105 yaşlı AZƏRTAC-ın yalnız ölkə səviyyəsində deyil, həm də digər bir çox ölkələrdə tanınmasından, onun xarici əməkdaşlarından bəhs edib. Nurlan Cəbrayılzadə bildirib ki, Universitetimizin tələbələri də hər il AZƏRTAC-a praktikaya gedir. Sonda isə AZƏRTAC və REPORT xəbər saytlarını qarşılaşdırıb”.

 

Müstəqil mediamızın ilk çıraqlarından olan "Aydınlıq" qəzeti haqqında Aqil Əmrahlı danışıb:

 

“ "Aydınlıq"qəzetinin milləti maarifləndirməsi və Milli Mətbuat tarixindəki dərin izlərindən bəhs edib”.

 

Daha sonraNəzrin Xankişiyeva  mətbuatımızın incilərindən olan, "Ulduz" jurnalı haqqında məlumat verib:

 

“ilk olaraq mətbuatımızın önəmindən, sonra isə "Ulduz" jurnalının tarixindən bəhs edib. "Ulduz" jurnalının günümüzdə də parlamasından, onun xarici ölkələrdə tanınmasından, beynəlmiləl bir jurnal olmasından danışıb”.

 

Asiman Vəliyeva