Böyük Britaniyanın baş nazirindən müharibə anonsu: "Döyüş hazırlığı rejiminə keçirik"

Bölmə: Dünya › ,
Tarix: 16:48 02.06.2025

Avropada artan gərginlik fonunda Böyük Britaniya öz silahlı qüvvələrinin döyüşə hazırlığını təmin etmək üçün müdafiə sahəsinə investisiyaları artırır.

 

“İnformator.az” TASS-a istinadən xəbərinə görə, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer Qlazqoda mətbuat konfransında çıxışı zamanı məlumat verib.

"Biz Silahlı Qüvvələrimizin əsas məqsədi kimi döyüş hazırlığı rejiminə keçirik", - deyə o bildirib.

 

Starmer əlavə edib ki, ölkənin təhlükəsizliyi NATO müttəfiqləri ilə tərəfdaşlığa əsaslanacaq.

 

O bildirib ki, London heç vaxt təkbaşına mübarizə aparmayacaq.

"Bizim müdafiə sahəsində siyasətimiz həmişə ilk növbədə NATO yönümlü olacaq", - deyə o əlavə edib.

Starmer qeyd edib ki, alyans Böyük Britaniyanın "strateji gücünün fundamental mənbəyidir".

 

Bundan əlavə, o bildirib ki, London "müharibə vaxtı sürəti" ilə öz silahlı qüvvələrinə yeniliklər tətbiq etmək niyyətindədir. Kir Starmerin sözlərinə görə, o, Britaniya qoşunlarını "2035-ci ilə qədər on qat daha ölümcül" etməyi planlaşdırır.