Rusiya Xarkova raket və "şahed" dronlarla zərbə endirib

Bölmə: Dünya › ,
Tarix: 08:47 04.06.2025

Rusiya Xarkova zərbələr endirib, nəticədə şəhərdə genişmiqyaslı yanğınlar baş verib.

 

"İnformator.az" "Teleqraf"aistinadən xəbər verir ki, Xarkov meri İqor Terexov hücum zamanı 10 "şahed" dronundan və 2 raketdən istifadə edildiyini deyib.


"Sənaye zonasında dörd məkanda yanğınlar baş verib, həmçinin şəxsi ev yanıb. İndiyədək Novobavarski rayonunda bir nəfərin xəsarət aldığı məlumdur",-deyə bildirib.


Yanğın baş verən yerlərdə müvafiq xidmətlər və könüllülər işləyir.