Ərdoğan: Türkiyə və Azərbaycan enerji sahəsində bir çox uğura imza atıb

Tarix: 19:31 02.06.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan enerji sahəsində mühüm nailiyyətlər əldə edib. O qeyd edib:
“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP kimi infrastruktur layihələri ilə taclandırdığımız bu əməkdaşlıq yalnız Türkiyə və Azərbaycana fayda verməklə kifayətlənmir, həm də regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməyə davam edir”.
Bu uğurlu tərəfdaşlığın strateji əhəmiyyət daşıdığını vurğulayan Ərdoğan, gələcəkdə də ortaq layihələrin davam edəcəyinə inandığını bildirib.
Mənbə:Haber global
Mahmudlu Ləman