Ukraynanın Rusiya hücumundan sonra Zelenskidən ilk açıqlama

Bölmə: Dünya › ,
Tarix: 19:54 02.06.2025

 

Ukrayna Ordusunun Rusiyaya etdiyi gözlənilməz hücumla bağlı Ukrayna Prezidenti Volodimir Zelenskidən açıqlama gəlib. Hücumun çox uzun müddətdir planlaşdırıldığını bildirən Zelenski, "Əlbəttə, hazırda hər şeyi açıqlamaq mümkün deyil, lakin bunlar şübhəsiz ki, tarix kitablarına düşəcək Ukrayna əməliyyatlarıdır" ifadələrini işlədib.

 

Ukrayna Prezidenti Volodimir Zelenski gözlənilməz hücumdan sonra ilk açıqlamasını sosial şəbəkə hesabından edib.

 

"Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasıl Maliuk bugünkü əməliyyatla bağlı hesabat təqdim edib", – deyə Zelenski bildirib:

 

"Əla nəticədir. Tamamilə Ukraynanın əldə etdiyi nəticədir. Planlaşdırmanın başlanmasından uğurla icrasına qədər bir il, altı ay və doqquz gün keçib. Bu, bizim ən uzunmüddətli əməliyyatımızdır. Əməliyyatı hazırlayan heyətimiz vaxtında Rusiya ərazilərindən geri çəkilib. General Maliuka Ukraynanın bu uğuruna görə təşəkkür etdim. Ukrayna Təhlükəsizlik Xidmətinə əməliyyatla bağlı açıqlana biləcək təfərrüatlar və nəticələrlə bağlı ictimaiyyəti məlumatlandırmaq göstərişi verdim".

 

Zelenski hücumun tarixə düşəcəyini bildirərək deyib:

"Əlbəttə, hazırda hər şeyi açıqlamaq mümkün deyil, lakin bunlar şübhəsiz ki, tarix kitablarına düşəcək Ukrayna əməliyyatlarıdır. Ukrayna özünü müdafiə edir və bunda haqlıdır – Rusiyanın bu müharibəni bitirmək zərurətini hiss etməsi üçün əlimizdən gələni edirik. Müharibəni başlayan Rusiyadır, onu bitirəcək olan da Rusiya olmalıdır. Qələbə Ukraynanın olacaq".

 

Haberler.com

Aygün Babayeva