Polşada prezident seçkilərini Navrotski qazanıb

Bölmə: Dünya › ,
Tarix: 21:12 02.06.2025

Polşada keçirilən prezident seçkilərinin gərgin keçən ikinci turunda səs­lərin 50,9 faizini alan Karol Navrotski qalib gəlib.

 

Bazar günü baş tutan seçkilərdə 29 milyon qeydiyyatdan keçən seçici Varşava meri Rafal Şaskovski ilə müxalifətdəki mühafizəkar Hüquq və Ədalət Partiyasının namizədi, tarixçi Karol Navrotski arasında seçim etmək üçün səsverməyə qatılıb.

 

Seçki Komissiyasının açıqladığı rəsmi nəticələrə görə, Navrotski səslərin 50,9 faizini qazanaraq ölkəni 5 il müddətində prezident kimi təmsil edəcək.

 

Seçkiqabağı sorğularda az fərqlə öndə göstərilən Şaskovski isə 49,1 faiz səs toplayıb.

Seçkilərdə iştirak faizi 71,63 olub.

 

 

Haber Global 

Nuray Əliyeva