Rusiya: Ukraynaya məxsus 162 PUA-nı vurduq

Tarix: 21:27 02.06.2025
Nazirlikdən verilən açıqlamada, Ukraynanın gecə saatlarında PUA-larla Rusiya ərazilərinə hücum təşkil etdiyi bildirilib.
Dünən yerli vaxtla saat 20:00-dan 02:00-a qədər 162 Ukrayna PUA-sının Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu qeyd olunan açıqlamada, bunlardan 57-nin Kursk, 31-nin Belgorod, 27-nin Lipetsk, 16-nın Voronej, 11-nin Bryansk, 11-nin Ryazan, 6-nın Oryol, 1-nin Tambov bölgələrində və 2-nin də ilhaq olunmuş Krım üzərində vurulduğu bildirilib.
Dünən, Rusiyanın Murmansk, Ryazan, İrkutsk və İvanovo bölgələrindəki hərbi hava limanlarına Ukraynanın PUA-larla hücum təşkil etdiyi bildirilib.
TRT Xəbər
Xəlilli Nigar