İranın Azərbaycandakı yeni səfiri bəlli olub

Bölmə: Dünya › ,
Tarix: 08:27 03.06.2025


İranın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb.


"İnformator.az" " Globalinfo.az"a istinadən xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

 

Bildirilib ki, yeni səfir Müctəba Dəmirçili olacaq.

 

“O, Avrasiya üzrə mütəxəssisdir. Hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş müdiri vəzifəsində çalışır”, – deyə bildirilib.

Qeyd edək ki, iyunun 2-də Tehran yeni səfirin təyin edildiyini bildirsə də,  adını açıqlayıb.