"Əgər Rusiya bunu tələb edirsə, özü də bu təşkilatı tərk etsin"-Zelenski

Tarix: 23:10 04.06.2025
"Əgər Rusiya Ukraynadan istənilən ittifaqdan çıxmağı tələb edirsə, o zaman Rusiya da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmalıdır".
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
O qeyd edib ki, Rusiya “memorandumu”nda yer alan bəndlərdən biri də Ukraynanın nüvə silahına malik olmayan ölkə olması və bu silahdan istifadə etməsinə qadağa qoyulmasıdır:
“Bu sadəcə spam kimidir. Məqsəd spamlaşaraq özlərini göstərməkdir. Bu, təcrübəsiz daxili elektorata və siyasi piara yönəlib. Hamı bilir ki, biz öz ərazimizdə heç bir nüvə silahı yerləşdirmirik, çünki bizdə belə silah yoxdur. 1994-cü ildən Budapeşt Memorandumu çərçivəsində nüvə silahlarının yayılmaması haqqında müqavilənin tərəflərindən biriyik. Bizim statusumuz tamamilə aydındır”.