"Baku Energy Forum"u başlayıb

Bölmə: Dünya › ,
Tarix: 09:49 03.06.2025

Sayca 30-cu olan Yubiley “Baku Energy Forum” 3 iyun tarixlərində Bakı Konqres Mərkəzində öz işinə başlamış və sənayenin aparıcı nümayəndələrini strateji fikir mübadiləsi üçün bir araya gətirib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu il “Baku Energy Week”in tərkib hissəsi olan “Baku Energy Forum” yubileyini qeyd edir.

 

Əsası qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi və yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Forum enerji sahəsinin liderlərini, biznes nümayəndələrini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir.